Bakı 15˚C Mostly cloudy

“Qəbələ”dən inamlı qələbə

İdman 20:30 21 noy, 2021

Qəbələ şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb

“Qəbələ”dən inamlı qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.

Qazet.az xəbər verir ki, turun son oyununda "Qəbələ" "Sumqayıt"ı qəbul edib. Qəbələ şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hər 3 qol ikinci hissədə vurulub. 65-ci dəqiqədə Ülvi İsgəndərov "qırmızı-qaralar"ı önə keçirib. Cəmi 2 dəqiqə sonra Rafael Utziq qonaqları növbəti dəfə cəzalandırıb. 80-ci dəqiqədə "gənclik şəhəri" təmsilçisinin müdafiəçisi Höccət Haqverdi buraxılan qollardan birinin əvəzini çıxıb. Lakin bundan 4 dəqiqə sonra "Sumqayıt" azlıqda qalıb. Komandanın kapitanı Vurğun Hüseynov rəqibin hücumunun qarşısını kobudluqla aldığı üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Beləliklə, "Qəbələ" bu qalibiyyət sayəsində xallarını 21-ə çatdıraraq 2-ci pilləyə yüksəlib. 11 xalı olan "Sumqayıt" isə 6-cı sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki 3 oyununda "Qarabağ" "Keşlə"yə 1:0, "Zirə" "Səbail"ə 3:1, "Sabah" isə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəlib.