Bakı 15˚C Sunny

"Qəbələ" Türkiyəyə yollandı

İdman 12:25 04 yan, 2023
"Qəbələ" Türkiyəyə yollandı

“Qəbələ” 2022/23 mövsümünün ikinci yarısına hazırlıq üçün bu gün Türkiyəyə yollanıb.

Qazet.az klubun saytına istinadən xəbər verir ki, Antalyada qış təlim-məşq toplanışı keçirəcək “qırmızı-qaralar” yanvarın 17-dək qonşu ölkədə hazırlaşacaq. 

Hazırlıq prosesində “Qəbələ” 3 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 12-də Rumıniya “Sepsi”si, 14-də Almaniya “Lukenvalde”si, 16-da Çexiya “Teplitse”si ilə görüşəcək.

Xatırladaq ki, Misli Premyer Liqasında mövsümün ikinci yarısı yanvarın 24-də start götürəcək. “Qəbələ” ilin ilk matçını Gəncədə “Kəpəz”ə qarşı keçirəcək.