Bakı 14˚C Sunny

"Qəbələ"də yubiley

İdman 10:35 20 dek, 2022
"Qəbələ"də yubiley

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu “Qəbələ” üçün əlamətdar olub. 

Qazet.az klubun saytına istinadən xəbər verir ki, qırmızı-qaralar” ev matçında “Qarabağ”a qalib gəlib – 1:0. Görüşdə yeganə qola Ramon Maçado imza atıb.

Bu, “Qəbələ”nin tarixində 150-ci ev qələbəsi olub. Yubiley 316-cı qarşılaşmaya təsadüf edib. “Qırmızı-qaralar” Premyer Liqada 106, kubokda 23, birinci divizionda 13, avrokuboklarda 8 ev qələbəsinə sevinib.

Xatırladaq ki, “Qəbələ”nin ilk ev qələbəsi 2005-ci il sentyabrın 21-də qeydə alınıb. Birinci divizionda çıxış edən komanda “Şərur”u 8:0 hesabı ilə məğlub edib.