Qəddafinin oğlu prezidentliyə namizəd oldu
Gündəm
18:40 14 noy, 2021
Qəddafinin oğlu Seyf əl-İslam prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb
Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.
Qazet.az xəbər verir ki, bu barədə yerli "Libya Alahrar” kanalı xəbər verib.
Kanalın məlumatına görə, Seyf əl-İslam prezident seçkilərində iştirak üçün sənədlərini ölkənin cənubundakı Sebha şəhərindəki regional seçki komissiyasına təqdim edib.