Qəhrəman ana öz vətəninə qayıtdı
Eyni vaxtda doğulan doqquz körpə həyatlarının ilk 19 ayını Mərakeşdə keçirdikdən sonra anaları ilə birlikdə Malidəki evlərinə qayıdıb.
Qazet.az xəbər verir ki, eyni anda əkiz olaraq doğulan doqquz uşağın sağ qalması üçün həkimlər bacardığını ediblər.
2021-ci ilin may ayında doğuşdan əvvəl, hazırda 27 yaşında olan ana Halima Sisse nəzarət üçün Mərakeşə aparılıb.
Əldə edilən məlumata görə, körpələr - beşi qız və dördü oğlan olmaqla 30 həftəlik qeysəriyyə əməliyyatı ilə doğulublar.
Kadidia, Fatuma, Hava, Adama və Umu adlı qızlar və Məhəmməd , Omar , Elhaci və Bah adlı oğlanlar doğulanda 500 qram ilə 1 kq arasında olublar. (AFP)
Onların vaxtından əvvəl doğulduğu üçün sağlamlıq problemlərinin yarana bilməsi riski nəzərə alınaraq doğuşdan sonrakı müəyyən dövrü Mərakeşdə xəstəxanada keçiriblər.