Bakı 19˚C Mostly sunny

Qəhvənin insan orqanizminə faydaları

Maraqlı 12:25 20 sen, 2021

Səhərlər oyandıqdan sonra yorğun və yuxulu olduğunuz zaman gözəl bir qəhvə içməyin orqanizmə əvəzsiz faydaları var.

Qəhvənin insan orqanizminə faydaları

Harvard Universitetinin tədqiqatçılarının apardığı araşdırmaya görə, hər gün 1-3 qəhvə içməyin sağlamlığa faydalı ola blər. Belə ki, qəhvə 2 tip diabet riskini əhəmiyyətli dərəcədə azaldır.

Eyni araşdırma nəticəsində qəhvə içməklə Parkinson xəstəliyi riskinin 80%-ə qədər, bağırsaq xərçəngi riskinin isə 25%-dək azaldıla biləcəyi və qadınlar üçün xəstələnmə şansının azaldığı ortaya çıxıb.

Evdə və idman salonunda, işə başlamazdan və ya hər hansı bir məşqdən əvvəl qəhvə içmək daha yaxşı bir performans göstərməyə kömək edir. Bu, qəhvənin bədənə endorfinləri bir neçə dəqiqə ərzində buraxması səbəbindən baş verir. Endorfinlərin təsiri bədənin daha aktiv olmasına və fiziki performansı optimallaşdıraraq xoş əhval-ruhiyyə yaratmasına imkan verir.