Bakı -4˚C Intermittent clouds

Qərb Belarusa qarşı yeni sanksiyalara hazırlaşır

Siyasət 12:42 12 noy, 2021

Bütün üzv dövlətlər “Belarus hakimiyyətinin bu hibrid əməliyyatlarına qarşı” Aİ-ni qorumaqda vahid və qətiyyətli qalacaqlarına söz veriblər

Qərb Belarusa qarşı yeni sanksiyalara hazırlaşır

Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Avropa İttifaqının BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlər Belarus hökumətinə və sərhəddə miqrant böhranını qızışdırmaqda günahlandırdıqları digər şəxslərə qarşı sanksiyaların tətbiqini müzakirə etməyə hazırdırlar.

“Birlikdə biz Polşa və Litva ilə həmrəyliyimizi ifadə edirik, onlara dəstək olmalıyıq. Lukaşenko rejiminin qanunsuz miqrantlara Avropa sərhədlərini qanunsuz keçişi asanlaşdırması məsələsini müzakirə etməliyik”,  deyə dərc edilən birgə bəyanatda deyilir.

Bütün üzv dövlətlər “Belarus hakimiyyətinin bu hibrid əməliyyatlarına qarşı” Aİ-ni qorumaqda vahid və qətiyyətli qalacaqlarına söz veriblər.

Onlar həmçinin miqrantların mənşəyi və tranzit ölkələrini öz vətəndaşlarını “Belarus hakimiyyətinin qurduğu tələyə düşməməkdən” xəbərdar etməyə çağırıblar.


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.