Qərb dərhal, elə indi... – Putindən ciddi tələb
Gündəm
17:40 23 dek, 2021
“Qərb bizə təhlükəsizlik barədə təminat verməlidir, bizdən tələb etməli deyil. Rusiya Qərbə çox böyük görünür, ona davamlı təzyiqləri yalnız bu izah edə bilər”

Qərb dərhal, elə indi Rusiyaya təhlükəsizlik barədə təminat verməlidir.
Qazet.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən illik ənənəvi mətbuat konfransında deyib.
“Qərb bizə təhlükəsizlik barədə təminat verməlidir, bizdən tələb etməli deyil. Rusiya Qərbə çox böyük görünür, ona davamlı təzyiqləri yalnız bu izah edə bilər” - Putin bildirib.
Qeyd edək ki, Rusiya Avropada təhlükəsizliklə bağlı Qərb ölkələrinə təkliflər təqdim edib. Təkliflərdə Ukraynanın heç vaxt NATO üzvü olmayacağı barədə zəmanət tələbi də var.