Bakı 1˚C Cloudy

Qərb liderləri İraqdakı terror hücumuna reaksiya verdi

Gündəm 14:45 08 noy, 2021

Qazet.az ərəb KİV-nə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden bu terror aktını kəskin şəkildə pisləyib.

Qərb liderləri İraqdakı terror hücumuna reaksiya verdi

 İraqın baş naziri Mustafa Əl-Kazeminin Bağdaddakı iqamətgahına olan terror hücumuna siyasi liderlər münasibət bildirib.

Qazet.az ərəb KİV-nə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden bu terror aktını kəskin şəkildə pisləyib.

O, bu hadisə ilə bağlı verdiyi bəyanatda deyib: “Mən İraqın baş naziri Əl-Kazeminin yaşadığı yeri hədəfə almış terror  hücumunu qəti surətdə qınayıram. Baş nazir yaralanmadığına görə rahatam. Onun asayişi və özlərini müdafiə etmək, dövlət idarələrini qorumaq və iraqlıların çox layiq olduqları demokratiyanın möhkəmlənməsi üçün dialoq çağırışlarını təqdir edirəm”. 

Co Bayden ölkənin milli təhlükəsizlik qüvvələrinə İraqın müvafiq strukturlarına araşdırmaların həyata keçirilməsi prosesinə köməklik göstərilməsi ilə bağlı göstəriş verdiyini bildirib.

Amerikanın Xarici İşlər naziri Antoni Blinken də İraqın baş naziri ilə telefon söhbətində Əl-Kazemiyə olan hücumu “bütün İraqa və onun suverenliyinə olan hücum” kimi dəyərləndirib.

İngiltərənin baş naziri Boris Consonun da Mustafa Əl-Kazemi ilə telefon danışığı olub. O da öz növbəsində İraqın baş nazirinə qarşı terror cəhdini pisləyib.