Bakı 24˚C Sunny

Qərb Putinin təklifini qəbul etməsə – Vuçiç qorxutdu

Gündəm 17:15 14 iyl, 2022

Serbiya Prezidenti müsahibəsində bildirib

Qərb Putinin təklifini qəbul etməsə – Vuçiç qorxutdu

Qərb liderləri Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın Donetsk və Luqansk vilayətlərində əməliyyatların dayandırılması təklifinə cavab verməsələr, dünya cəhənnəmə dönəcək.

Qazet.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç Pink TV-yə müsahibəsində deyib.

“Bizi nə gözlədiyini bilirəm. Vladimir Putin Seversk, Baxmut və Soledarda, sonra isə ikinci cərgədə Slavyansk - Kramatorsk - Avdeyevkada işini bitirən kimi onun təklifi gələcək. Əgər Qərb bunu qəbul etməsə, biz cəhənnəmə gedəcəyik.

Serbiya Avropa yolunu davam etdirəcək, lakin Moskva və Pekinlə dostluq münasibətlərini qoruyub saxlayacaq”, - Serbiya Prezidenti bildirib.