Qərblə Minsk arasında mühacir problemi davam edir
Gündəm
17:56 15 noy, 2021
Belarus problemin yaranmasında Aİ-ni ittiham edir
Belarus prezidenti Polşa ilə sərhəddə mühacirlərin toplaşması ilə bağlı Qərbin ittihamlarına cavab verib.
Qazet.az “Belta” dövlət xəbər agentliyinə istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin sərhədlərində iğtişaşların yaranmasını arzulamır.
Belarusla Polşa sərhəddindəki mühacir böhranı Minsklə Brussel arasında ciddi gərginlik yaradıb.
Aleksandr Lukaşenko “bir daha israr edirəm ki, ölkəmizin sərhədlərində iğtişaşın olmasını istəmirik. Bu bizim üçün tamamilə başağrısı yaradan bir haldır. Minsk sığınacaq istəyənləri evlərinə göndərməyə hazırdır. Lakin onlar öz ölkələrinə qayıtmaq istəmirlər” deyə məsələyə münasibət bildirib.