Bakı 19˚C Partly sunny

Qətər internet sürəti ilə rekord qırdı

Multimedia 16:05 30 noy, 2022
Qətər internet sürəti ilə rekord qırdı

Qətərdə keçirilən futbol üzrə dünya çempionatı yenilikləri ilə yadda qalıb.

Qazet.az xəbər verir ki, insanların tənqidlərinə baxmayaraq burada 8 stadionda keçirilən matçlar təhlükəsizliyinə görə fərqlənir.

Stadionda insanların ehtiyacı olan vacib şeylərdən biri də internetdir.

Tamaşaçılar futbolun hər dəqiqəsini tez və sürətli paylaşmaq üçün rəqabət aparırlar.

Sosial şəbəkələrdə yayılan videoların birində isə stadionda olan internetin sürəti istifadəçiləri təəccübləndirib. 

Belə ki, internet sürəti 400-500 meqabit arasında dəyişir.