Bakı 23˚C Mostly cloudy

Qətərdə ilk dəfə parlament seçkiləri keçirilir - FOTO

Gündəm 17:15 02 okt, 2021

Qətər tarixində ilk dəfə olaraq parlament seçkiləri keçirilir

Qətərdə ilk dəfə parlament seçkiləri keçirilir - FOTO

Qətər tarixində ilk dəfə olaraq parlament seçkiləri keçirilir.

26 qadın namizədin də qatıldığı seçkilərdə səsvermə saat 18:00-dək davam edəcək.

234 namizəd 30 yer uğrunda mübarizə aparacaq. Parlamentdəki digər yerlərə təyinatları Əmir Şeyx Həməd bin Xəlifə Al Sani edəcək.

Əl Sani ölkədə qanunverici vəzifəni yerinə yetirən Məclis əş-Şura (parlament funksiyalarına malik məsləhət şurası) üzvlərinin seçkilərlə təyin olunmasına dair seçki qanunu barədə fərman verib.

29 İyulda nəşr olunan fərmanda qeyd edilib ki, şura üzvü “əslən qətərli olmalı”, həmçinin “həmin şəxsin babası qətərli olmalı və bu ölkədə doğulmalıdır”.

Mənbə: “Anadolu” agentliyi