Bakı 6˚C Dreary

FİFA miqrantlara kompensasiya ödəyə bilər

İdman 16:45 04 yan, 2023
FİFA miqrantlara kompensasiya ödəyə bilər

Qətər dünya çempionatına ev sahibliyi etdikdən sonra yenidən qalmaqalla gündəmə gəlib.

Qazet.az xəbər verir ki, "Amnesty İnternational" təşkilatı Qətərdən və FIFA-dan DÇ üçün işləyən miqrantlara kompensasiya ödənilməsi üçün aksiyaya başlayıb.

Aksiyanın şüari isə "Qətər və FIFA üçün ödəniş etmək vaxtıdır" başlığı altında qeyd olunub.

Qeyd edək ki, Argentina millisinin qalib gəldiyi futbol üzrə Dünya Çempionatına Qətər noyabrın 20-dən dekabrın 18-nə qədər ev sahibliyi edib. Ölkənin bu yarışma üçün 200 milyard dollardan artıq pul xərclədiyi bildirilir.