Bakı 24˚C Sunny

Qətliam kimi qəza - 10 nəfər öldü

Gündəm 12:39 25 dek, 2021

Zəncirvari qəza 5 minik avtomobili və bir yük maşınının iştirakı ilə baş verib

Qətliam kimi qəza - 10 nəfər öldü

Bu gün səhər İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz-Xürrəmşəhr yolunda baş verən zəncirvari qəzada 10 nəfər ölüb.

Qazet.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Xuzistan vilayəti təcili yardım mərkəzinin ictimai əlaqələr şöbəsinin müdiri Arif Əsl Şərəhani deyib.

Onun sözlərinə görə, hadisədə fəhlələri daşıyan minik avtomobilinin bütün sərnişinləri ölüb. Zəncirvari qəza 5 minik avtomobili və bir yük maşınının iştirakı ilə baş verib. İndiyədək 5 nəfər xəstəxanaya çatdırılıb.

Hadisə yerinə 12 təcili yardım avtomobili cəlb olunub. Faktla bağlı araşdırma aparılır.