Bakı 3˚C Partly sunny

Qeyri-qida məhsullarının qiymətini kim artırır? - VİDEO

Gündəm 09:53 04 yan, 2023
Qeyri-qida məhsullarının qiymətini kim artırır? - VİDEO

Marketlərdə qeyri-qida məhsulları, xüsusilə gigiyenik vasitələr bahalaşıb.

Qazet.az-ın məlumatına görə, sabun, şampun, diş pastaları, müxtəlif dezodorantlar və bu kimi digər fərdi gigiyenik vasitələrin qiyməti gündən-günə artır.

Satıcılar deyirlər ki, qiymətləri onlar yox, firmalar qaldırırlar.

Əvvəllər 3 manata satılan antiperesperantlar indi 5 manatdan bahadır. Ən çox alınan şampunların qiyməti isə 5 manatdan 8 manata qədər yüksəlib. 

Satıcılar bildiriblər ki, qarşıdakı aylarda qiymətlərin enməsi gözlənilmir.

Daha ətraflı süjetdə: