Bakı 23˚C Mostly cloudy

Qəzadan sonra qatarların hərəkəti bərpa olundu

Gündəm 17:13 11 iyl, 2022

 Qatarların hərəkəti bu istiqamətdə bərpa olunub

Qəzadan sonra qatarların hərəkəti bərpa olundu

İyulun 9-da Saatlı stansiyası yaxınlığında ölkəmizə Qara dənizdən xam şəkər daşıyan Gürcüstan Dəmir Yollarına məxsus üç vaqon aşıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumatı yayıb.

Məlumata görə, baş vermiş hadisənin fəsadlarının aradan qaldırılması ilə əlaqədar aparılan təxirəsalınmaz tədbirlər nəticəsində Saatlı-İmişli mənzilində qatarların hərəkəti bərpa olunub.