Qəzalı vəziyyətdə olan işıqfor təmir olundu - YENİLƏNİB
Paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov və Həsən bəy Zərdabi küçələrinin kəsişməsində yerləşən işıqfor uzun müddətdir ki, qəzalı vəziyyətdədir.
Qazet.az xəbər verir ki, qəzalı vəziyyətdə olan işıqfor fəaliyyət göstərməsinə baxmayaraq piyadalar üçün təhlükə yaradır.
İşıqforun bərpası ilə bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəsmisi Rauf Mirqulamov Qazet.az-a açıqlama verib.
Məlumatda işıqforun artıq bərpa olunduğu və qəza vəziyyətinin aradan qaldırıldığı bildirilib.
*** (14:50)
Paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov və Həsən bəy Zərdabi küçələrinin kəsişməsində yerləşən işıqfor uzun müddətdir ki, qəzalı vəziyyətdədir.
Qazet.az xəbər verir ki, qəzalı vəziyyətdə olan işıqfor fəaliyyət göstərməsinə baxmayaraq piyadalar üçün təhlükə yaradır.
İşıqforun bərpası ilə bağlı Qazet.az-ın müxbiri Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəsmisi Rauf Mirqulamovla əlaqə saxlayıb.
Qurum rəsmisi hadisədən xəbərdar olduqlarını bildirib:
"Hadisədən məlumatlıyıq. Sözügedən ərazidən avtomobil qəzası baş verib maşın işıqfora çırpılıb. Ərazidə betonlama işləri artıq başlayıb. Gələn həftənin birinci günü işıqfor tam təmir olunacaq".