Bakı 14˚C Cloudy

Qəzəbli qoç çobanı öldürdü

Cəmiyyət 18:37 27 iyn, 2022

Xəstəxanada edilən müdaxiləyə baxmayaraq çoban həyatını itirib

Qəzəbli qoç çobanı öldürdü

Dənizlinin Bozqurd rayonunda çoban xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Qazet.az xəbər verir ki, çoban qoç tərəfindən hücuma məruz qalıb. 
İncələr Məhəlləsində çobanlıq edən 66 yaşlı Əhməd Yıldızı dünən bağçasındakı tövlədə hərəkətsiz vəziyyətdə görən yaxınları vəziyyəti sağlamlıq və jandarma qruplarına bildirib.
Tövlədəki qoçun hücumu nəticəsində başından və mədəsindən xəsarət aldığı müəyyən edilən Yıldız Çardak Dövlət Xəstəxanasına aparılıb.

Yıldız xəstəxanada edilən müdaxiləyə baxmayaraq həyatını itirib.


Qaynaq