Bakı 37˚C Sunny

Qəzza zolağından İsrailə 580-dən çox raket atılıb

Gündəm 17:34 07 avq, 2022

 Bunlardan 470-i İsrail ərazisinə çatıb, 120-si Qəzza zolağına düşüb

Qəzza zolağından İsrailə 580-dən çox raket atılıb

Qəzza zolağından İsrailə 580-dən çox raket atılıb.

Qazet.az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.

Hesablamalara görə, “İslami Cihad” terrorçuları cümə günündən bu günə kimi 580-dən çox raket atıblar. Bunlardan 470-i İsrail ərazisinə çatıb, 120-si Qəzza zolağına düşüb.

Bəzi raketlər İsrail yaşayış məntəqələri ərazisində partlayıb. Ölən və yaralananlar barədə məlumat verilmir.

Hərbçilər əhalinin məskunlaşdığı ərazilərə atılan raketlərin zərərsizləşdirilməsində 97 % səmərəlilik nümayiş etdirdiklərini bildiriblər. Hazırda raket hücumları davam edir.