QHT nümayəndələri Ağdama səfər edib - FOTO
Səfər çərçivəsində keçirilən "Qarabağ Zəfərinin Ağdam Müjdəsi" adlı tədbirdə hər iki qurumun nümayəndələri, Vətən müharibəsi qaziləri və ağdamlı gənclər iştirak edib
“Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi” və "Böyük Qayıdış" Gənclər Təşkilatının nümayəndələri Ağdama səfər edib.
Qazet.az APA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində keçirilən "Qarabağ Zəfərinin Ağdam Müjdəsi" adlı tədbirdə hər iki qurumun nümayəndələri, Vətən müharibəsi qaziləri və ağdamlı gənclər iştirak edib. Tədbir iştirakçıları Qarabağ Xanlığının banisi Pənahəli Xanın İmarət kompleksi, Ağdam Cümə və Qiyaslı məscidləri, Ağdam Dövlət Dram Teatrının yerləşdiyi ərazidə olub.
Ağdam Dövlət Dram Teatrının binasının söküntüləri önündə hər iki təşkilatın adından təcəvüzkar Ermənistanın işğalçılıq siyasəti, vanadlizm hərəkətlərini, regionda sülhün təmin olunmasında pozuculuq fəaliyyətlərini pisləyən birgə bəyanat səsləndirilib.
Daha sonra səfər çərçivəsində tarixi Şahbulaq qalasında media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə hər iki təşkilatın idarə heyətinin rəhbərləri Memorial order imzalayıblar.
Qeyd olunub ki, bundan sonra da Vətən Müahribəsi Əlillərinə Kömək İctimai Birliyi və "Böyük Qaydış" Gənclər Təşkilatı Qarabağa səfərlər, birgə tədbir və layihələr icra edəcəklər.