Bakı 4˚C Intermittent clouds

Qırğızıstan Rusiyaya nota verib

Gündəm 19:43 03 noy, 2021

Etiraz notasını Rusiya Xarici İşlər Nazirliyinə Qırğız Respublikasnın Moskvadakı səfiri təqdim edib

Qırğızıstan Rusiyaya nota verib

Qırğız Respublikası Rusiya Federasiyasına nota verib.

Qazet.az TASS-a istinadən xəbər verir ki, etiraz notasını Rusiya Xarici İşlər Nazirliyinə Qırğız Respublikasnın Moskvadakı səfiri təqdim edib.

Bildirilib ki, notaya səbəb rus polisinin Qırğız Respublikasının vətəndaşına qarşı fiziki güc tətbiq etməsi olub.

Qırğız Respublikasının diplomatları qeyd ediblər ki, sosial şəbəkələrdə "Rusiya polisinin respublika vətəndaşına qarşı fiziki güc tətbiq etdiyini əks etdirən video yayılıb. Hadisənin noyabrın 2-də baş verdiyi məlum olub.

Qeyd olunub ki, 21 yaşlı Qırğız Respublikasının vətəndaşının şəxsiyyəti müəyyən edilib.

Diplomatik nümayəndəlik Rusiya tərəfinin hadisənin obyektiv və hərtərəfli araşdırılmasını təmin edəcəyinə və polis əməkdaşlarının hərəkətlərinə hüquqi qiymət veriləcəyinə inandığını bildirib.