Qırğızıstan və Tacikistan münaqişənin dayandırılması ilə bağlı sənəd imzalayıblar
Xəbərlər
16:04 25 sen, 2022
Qırğızıstan və Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbərləri sərhəddə yaranmış vəziyyətin nizamlanması ilə bağlı protokol imzalayıblar.
Qazet.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev bildirib.
Danışıqlar Batken vilayətinin Qızıl-Bel keçid məntəqəsində aparılıb.
Taşiyev deyib ki, protokolun bütün bəndlərinin yerinə yetiriləcəyinə ümid edir.