Bakı -4˚C Rain and snow

Qırğızıstanda Azərbaycana və Ermənistana eyni səfiri təyin etmək təklif olundu

Cəmiyyət 07:12 21 sen, 2021

Müzakirədən sonra XİN-in Gülnarə-Klara Samatın rusiya ilə yanaşı, Ermənistanda da səfir olması təklifi qəbul edilib. 

Qırğızıstanda Azərbaycana və Ermənistana eyni səfiri təyin etmək təklif olundu

Qırğızıstan parlamentinin beynəlxalq məsələlər komitəsinin sədri Tazabek İkramov ölkənin Azərbaycandakı səfirinin eyni zamanda Ermənistana da səfir təyin olunmasını təklif edib.

“Qazet.az” Qırğızıstan mediasına istinadən xəbər verir ki, o bu versiya ilə Xarici İşlər Nazirliyinin Rusiyadakı səfir Gülnarə-Klara Samatın Ermənistana da səfir təyin edilməsi təklifindən sonra çıxış edib.

“Siz təklif edirsiniz ki, Rusiyadakı səfirimiz Ermənistanda da səfir olsun. Rusiya böyük ölkədir. Səfirliyimizin orada çox işi var. Biz Azərbaycanda səfirimizin səlahiyyətlərinə Ermənistana nəzarəti də əlavə etməliydik. Orada vətəndaşımız azdır. Niyə Rusiyadakı səfirliyimizə əlavə iş yükləyirsiniz?”, - deyə İkramov müraciət edib.

Qırğızıstan XİN-in müavini Nuran Niyazəliyev İkramova belə izahat verib:

“Bizim Azərbaycanda – Bakıda bir səfirliyimiz var. Ancaq Azərbaycanla Ermənistan arasındakı münasibət səbəbindən Bakıdan Ermənistana nəzarət etmək mümkün olmayacaq”.

Müzakirədən sonra XİN-in Gülnarə-Klara Samatın rusiya ilə yanaşı, Ermənistanda da səfir olması təklifi qəbul edilib. 

qafqazinfo