Bakı 10˚C Intermittent clouds

Qırğızıstanda Yeni il atəşfəşanlığı təxirə salınıb

Gündəm 18:42 06 dek, 2021

Bişkekdə Yeni il şənliklərinin keçirilməsi ilə bağlı qərar qəbul edilib

Qırğızıstanda Yeni il atəşfəşanlığı təxirə salınıb

Ətraf mühitin çirklənməsinin əhəmiyyətli dərəcədə artması səbəbindən Bişkekdə Yeni il atəşfəşanlığı təşkil etməyəcək.

Qazet.az xəbər verir ki, Qırğızıstanın paytaxtında çirklənmənin kəskin şəkildə artması ilə bağlı Bişkekdə  Yeni il şənlikləri keçirilməyəcək. 

Bu arada Bişkek havanın keyfiyyətinə görə dünya reytinqində onuncu yeri tutub.

Hər il payız-qış aylarında burada havanın keyfiyyəti aşağı düşür və şərait pisləşir.

Bişkek şəhər icra hakimiyyəti ölkədə kövrək ekoloji vəziyyəti pisləşdirən istənilən hərəkətin yanlış olduğunu bildirib.

Bişkek bələdiyyəsi şəhər sakinlərindən ətraf mühitin və təhlükəsizliyin qorunması məqsədilə Yeni il şənlikləri üçün fişəng və atəşfəşanlıqdan çəkinməyə çağırıb.