Qırğızıstanda yoxsulluğun səviyyəsi artıb
Gündəm
20:05 18 noy, 2021
Ürəkaçan olmayan durum insanların rifahına mənfi təsir göstərib.

Cari ildə Qırğızıstanda yoxsulluğun həddi xeyli yüksəlib.
Qazet.az xəbər verir ki, Qırğızıstanda yoxsulluğun artmasına səbəb ölkədə korona virusun yayılması və iqtisadi böhranın acı fəsadları olub. Nəticədə yoxsul ailələrin və işsizlərin sayı durmadan artıb.
COVİD-19 pandemiyası Qırğızıstanın ən kasıb əhalisinin ərzaq təhlükəsizliyi üçün çox ciddi təhdidlər yaradıb.
Müqayisələr göstərir ki, gəliri az olan ailələr bol kolorili və zəngin qidalardan tam istifadə edə bilmirlər.
Bu qəbildən olan ailələrin sayı 12-36% təşkil edir.