Qış mövsümündə D vitamini çatışmazlığını doldurmaq üçün 5 məhsul
"Yayda 20 dəqiqəlik gəzintilər yetərli olsa da, qışda gündüzlər açıq havada bir neçə saat olmaq zəruridir..."
"D vitami əldə etməyin ən sadə və təhlükəsiz üsulu onu qida ilə birgə qəbul etməkdir..."
"Balıq və dəniz məhsulları, tofu, göbələklər, yumurta, süd məhsulları D vitamini ilə zəngin məhsullardır..."
Demək olar ki, ilboyu biz istidən şikayətlənirik, amma yerdə qalan aylarda soyuqdan, yağışlardan və Günəş işığının çatışmazlığından əziyyət çəkirik. Sonuncunun olmaması sağlamlıq üçün vacib olan D vitamini qıtlığı yaranır.
Bu gün yazı gözləmədən "Günəş batareyaları"mızı yükləməyə imkan verən 5 qida məhsulundan danşacağıq.
Qazet.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
İlk növbədə D vitamini orqanizmə sümük və dişlər üçün tikinti materialı olan kalsium və fosforun mənimsənilməsi üçün lazımdır. Bundan başqa, kalsium sinir sisteminin işində fəal iştirak edir və əzələlərin yığılmasına cavabdehdir.
"Günəş vitamini" həmçinin immuniteti möhkəmləndirir, osteoporozun qarşısını alır, iltihabi prosesləri azaldır, ürək, ağ ciyər və beynin işində kömək edir.
Vitamin D həmçinin müxtəlif respirator infeksiyaları, o cümlədən qış mövsümündə yayılan qrip və soyuqdəymə riskini azaldır.
D vitamininin tövsiyə edilən sutkalıq miqdarı, insanın yaşından asılı olaraq, 400-800 Beynəlxalq Vahid (BV) təşkil edir.
Yəni aydın yay günündə bizə 20 dəqiqəlik gəzintilər yetərlidir, amma qışda dərimiz paltarımızın altında, Günəşin isə buludlar arxasında gizləndiyindən sutkanın gündüz vaxtında açıq havada bir neçə saat olmaq zəruridir.
Əgər sizin üçün bu, çətinlik törədirsə, o zaman D vitaminini alternativ mənbələrdən almaq mümkündür.
Bəziləri D vitaminini qida əlavələri formasında istifadə etməyə üstünlük verir. Lakin bunu ağılla etmək lazımdır. Alimlər qeyd edir ki, bir çoxları bilməyərəkdən D vitaminin çox böyük dozasını qəbul edir. Bu da sümük sınıqlarına, koordinasiyanın itməsinə, böyrək daşlarına və xərçəng xəstəliklərinə gətirib çıxara bilər.
Ona görə də siz qida əlavələri qəbul etmək istəyirsinizsə, vaxtında qan analizi verin və doza ilə bağlı ailə həkiminizlə məsləhətləşin.
Xoşbəxtlikdən D vitamini əldə etməyin ən sadə və təhlükəsiz üsulu onu qida ilə birgə qəbul etməkdir. "Günəş vitamini" ilə zəngin məhsulların bəziləri bunlardır:
Balıq və dəniz məhsulları
Çəkisi 75 qram olan bir porsiya qızılbalıqda 394 - 636 BV D vitamini var. Burada balığın hansı üsulla hazırlanmasının əhəmiyyəti yoxdur. 120 qram tunesdə (iri yırtıcı balıq) 160 BV, 2 sardinaya (siyənək fəsiləsindən olan balıq) 40 BV vitamin var. Həmçinin böyük miqdarda D vitamini olan istridyənin (dəniz ilbizi) bir porsiyasında, yəni təxminən bir stəkan hazır məhsulunda 794 BV, eyni zamanda B12 vitamini, mis və sink vardır.
Tofu (soya kəsmiyi)
Keyfiyyətli tofu D vitamininin yaxşı mənbəyidir. Çəkisi 20 qram olan balaca porsiyasında 140 BV var. Lakin müxtəlif istehsalçılardan olan tofu tərkibinə görə fərqlənə bilər. Ona görə də onu əldə etməmişdən öncə tərkibində olan inqridiyentləri bilmək lazımdır.
Göbələklər
Göbələyin tərkibində olan vitaminlərin miqdarı onların harada - bağlı istixanalarda, yoxsa yaşıl çəmənlikdə kifayət qədər günəş işığı aldığı şəraitdə yetişdirilməsindən aslıdır. Bir stəkan şampinyon göbələyində orta hesabla 976 BV D vitamini var.
Yumurtalar
Toyuq yumurtaları, daha dəqiq desək, onun sarısı D vitaminin daha bir mənbəyidir. Lakin göbələklərdə olduğu kimi, toyuqların da hansı şəraitdə saxlanması vacibdir. Məsələn, bağlı yerdə saxlanılan toyuq yumurtasının sarısında 18 - 39 BV vitamin var. Təmiz havada sərbəst gəzən toyuq yumurtasının sarısında bu vitaminin miqdarı 3-4 dəfə artıqdır. Bu zaman D vitamini ilə zənginləşmiş yemlə qidalanan toyuqların yumurtasında maksimal dərəcədə-bir sarısında 6000 BV vitamin var.
Süd məhsulları
Bir stəkan zənginləşdirilmiş süddə 100 BV D vitamini, habelə kalsium və zülal vardır. Bir stəkan adi yoqurtda 80 BV var. Bundan başqa, D vitamini, məsələn, portağal şirəsində 140 BV var.