Bakı 23˚C Windy

Qiyamət qatarı gəlir: Qorxulu, lakin ən əlverişli üsul

Biznes 16:03 07 apr, 2022

 Çindən gələn son xəbərlər narahatlığı daha da artırır

Qiyamət qatarı gəlir: Qorxulu, lakin ən əlverişli üsul

Nüvə silahları bu gün bir çox quru, hava və dəniz vasitələrindən atılma qabiliyyətinə malikdir. Kütləvi nüvə sualtı qayıqlarından qırxayaq kimi yük maşınlarına qədər bir çox nəqliyyat vasitələri dünyanı kütləvi məhvə sürükləyə bilər. Çindən gələn son xəbərlər isə narahatlığı daha da artırır.

Qazet.az xəbər verir ki, Çində aparılan araşdırmalar yüksəksürətli qatarların nüvə silahı daşımaq və işə salmaq üçün müvafiq infrastruktura malik olduğu qənaətinə gəlib. Sovet İttifaqı Soyuq Müharibə illərində bir müddət nüvə silahı daşıyan qatarları sınaqdan keçirsə də, SSRİ-nin dağılması və nüvə silahlarını məhdudlaşdırmaq üçün ABŞ ilə imzalanan müqavilələr bu maşınların qısa ömür sürməsinə səbəb oldu.

Çinin Sıçuan əyalətinin paytaxtı Çenqdudakı Cənub-Qərb Cyaotonq Universitetinin inşaat mühəndisliyi üzrə dosenti Yin Zihong və onun komandasının araşdırmaları nəticəsində yüksəksürətli qatarların nüvə silahı atmaq üçün uyğun olduğu qənaətinə gəliblər. Tədqiqatlar hər biri təxminən 350 km sürətə çata bilən və təxminən 60 ton ağırlığında olan 16 vaqondan ibarət qatar simulyasiyası üzərində aparılıb.

20 il kimi qısa müddətdə İspaniya və Yaponiyanı geridə qoyan və dünyanın ən böyük dəmir yolu şəbəkəsini quran Çinin demək olar ki, bütün sərmayələri sürətli qatarlar üzərində idi. Yin Zihong bildirib ki, bütün bu sərmayələr birlikdə qiymətləndirildikdə yüksək sürətli qatarlar “Qiyamət qatarları” üçün müsbət şərait yaradır.