Bakı 23˚C Windy

Qiymət artımının qarşısını almaq üçün yeni qərar verildi - VİDEO

Biznes 17:43 06 apr, 2022

İsmayıl Hüseynov qeyd edib ki, yeni qərar bazarda qiymət artımının qarşısını almaq məqsədi ilə verilib

Qiymət artımının qarşısını almaq üçün yeni qərar verildi - VİDEO

Azərbaycanda sahibkarlar üçün yeni güzəştlər nəzərdə tutulub.

Qazet.az Xəzər TV-yə istinadən xəbər verir ki, antiinfilyasiya tədbirləri çərçivəsində sahibkarlığa yeni dəstək mexanizmi hazırlanır.

Sahibkarlığın İnkişafı Fondunun müvəkkil kredit təşkilatları və sahibkarlarla iş şöbəsinin müdiri İsmayıl Hüseynov bildirib ki, güzəştlər minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün nəzərdə tutulub.

İsmayıl Hüseynov qeyd edib ki, yeni qərar bazarda qiymət artımının qarşısını almaq məqsədi ilə verilib.

Qeyd edək ki, nəzərdə tutulan şərtlər çərçivəsində 150 milyon manat kredit portfeli üzrə maksimum 15 milyon manat faiz subsidiyasının ödənişi həyata keçiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: