Bakı 14˚C Mostly sunny

Qızardılmış çörəyin faydaları nələrdir?

Maraqlı 18:57 22 okt, 2021

Xırtıldayan və ətirli çörək tostunun toxluq hissini daha çox yaratması fikri tamamilə yanlışdır

Qızardılmış çörəyin faydaları nələrdir?

Qızardılmış çörək qızardılmamış çörəkdən az kaloriyə malik deyil.

Bu proses zamanı bəzi molekullar parçalanır, çörəyin su tərkibi azalır və çörək xırtıldayır, lakin bu hadisələrin heç biri kalori sayında nəzərəçarpacaq dərəcədə dəyişikliyə səbəb olmur.

Aşağı qlisemik indeksi olan karbohidratlar daha yavaş parçalanır və qlükoza qana daha yavaş və bərabər şəkildə daxil olur. Tostu daha sağlam edən də budur. Çünki qan şəkərinin daim dəyişməsi insulin müqaviməti və bununla bağlı çəki artımı kimi xəstəliklərə səbəb oal bilər. Ona görə də hər gün istehlak edilən çörəyin qlisemik indeksi diqqət yetirilməli məsələlərdəndir.

Əslində qızardılmış çörəyin yeganə dezavantajı odur ki, tərkibində akrilamid adlı kimyəvi maddə ola bilər, lakin bu kimyəvi maddə yalnız çox qızardılmış, yandırılmış çörəkdə görünür. Akrilamid nədir? Akrilamid müəyyən qidalar yüksək temperaturda bişirildikdə əmələ gələn və qidalarda olan amin turşusu, asparagin və təbii şəkərlərdən ibarət olan kimyəvi maddədir.

Tədqiqatlar göstərir ki, bu kimyəvi maddənin yüksək səviyyələri xərçənglə əlaqələndirilir, lakin normal olaraq istehlak edə biləcəyiniz aşağı miqdarlar haqqında dəqiq məlumat yoxdur. Bununla belə, çörəyinizi qızardarkən həddi aşmayın, onu tamamilə tünd qəhvəyi rəngə çatana qədər yüngülcə qızartmaq çörəyin ən sağlam formasına çatmağa imkan verir.

 

Günay Cavanşir