Bakı 18˚C Mostly sunny

Qızıl Aypara Cəmiyyəti "1 Dekabr Ümumdünya AİDS Günü" münasibəti ilə Sumqayıtda tədbir təşkil edib

Cəmiyyət 13:45 02 dek, 2021

Maarifləndirici tədbir Sumqayit Tibb Kollecində baş tutub

Qızıl Aypara Cəmiyyəti "1 Dekabr Ümumdünya AİDS Günü" münasibəti ilə Sumqayıtda tədbir təşkil edib

Hər il olduğu kimi bu il də QAC Sumqayıt şəhər bölməsi 1 Dekabr Ümumdünya AİDS Günü" münasibəti ilə tədbir təşkil edib.

Qazet.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq olan 2021-ci ilin şüarı "Bərabərsizliyə son, AİDS-ə son" başlıqlı maarifləndirici tədbir Sumqayit Tibb Kollecində baş tutub.

Pandemiya qaydalarına riayət olunaraq, kollecin akt zalında kecirilən tədbirdə müəllim və tələbə heyəti ilə yanaşı, bölmənin FMKD də iştirak edib. Bölmə sədri Mətanət Məhərrəmova və Kollecin direktor müavini cıxış edərək, iştirakcıları salamlayaraq, tədbirin mahiyyəti barədə məlumat veriblər. Bölmə sədri M.Məhərrəmova əsrin bəlası olan AİDS xəstəliyinin statistikası, onun yoluxma və qorunması barədə məlumat verib.

Sonra söz FMKD-nin üzlərinə verilib. Onlar da öz növbələrində Hərəkatın yaranması, tarixi, emblemlər, fundamental prinsiplər, bölmənin əsas fəaliyyətləri və bu il görülən işlər barədə məlumat veriblər. 

Tədbirin sonunda QAC Sumqayıt şəhər bölməsi tərəfindən gətirilən AİDS-lə mübarizə və qorunma qaydalarına həsr olunmuş bukletlər, Covid-19-la mübarizəyə həsr olunmuş plakat və braşuralar, qoruyucu maskalar, dizinfeksiya edici məhlullar və spirtlər müəllim və tələbə heyətinə könüllülər vasitəsi ilə paylanılıb. Tədbirdə iştirak edə bilməyən tələbələrə lazımi avadanlıqlar müəllimlər tərəfindən catdırılıb. Söz alan müəllim və tələbələr maraqlı və lazımlı tədbir üçün Az.QAC Sumqayıt şəhər bölməsinin kollektivinə minnətdarlıqlarını bildirdilər. Sonda Tibb Kollecinin müəllim və tələbə heyəti ilə xatirə şəkilləri cəkdirilib.