“Qızıl qatar”ın aktyoru vəfat etdi
Hadisə
03:44 05 yan, 2023
Rumıniyalı kino və teatr aktyoru Mitika Popesku vəfat edib.
Qazet.az xarici mətbuata istinadən xəbər verir ki, ötən ay Buxarestdə xəstəxanaya yerləşdirilən 86 yaşlı aktyor ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, 70-ci illərdən karyerasına başlayan komediya ustası "Qızıl qatar", "Güzgü", "Söz", "Şimal qütbündə akrobat", "Ani", "Yay hekayəsi", kimi məşhur filmlərdə rol alıb. O, siyasi səbəblərə görə üç il həbs olunmuşdu.