Qızıl təpədə maddi mədəniyyət qalıqları aşkar edilib
Maraqlı
10:59 13 iyl, 2022
AMEA-dan verilən məlumatda deyilir
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru Abbas Seyidov İmişli rayonunun Qızılkənd kəndi yaxınlığında yerləşən orta əsr Qızıl təpə yaşayış yerində olub.
AMEA-dan Qazet.az-a verilən məlumata görə, arxeoloji ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayev Xl-Xlll əsrlərə aid qədim yaşayış yerində bu il aparılan arxeoloji qazıntılar haqqında baş direktora məlumat verib.
O bildirib ki, müasir yaşayış yerlərindən bir neçə kilometr aralıda, düzənlikdə yerləşən abidədə bu il 80 kvadratmetr sahədə arxeoloji qazıntı işləri aparılıb və zəngin maddi mədəniyyət qalıqları üzə çıxarılıb.