Bakı 5˚C Showers

Qızılın qiyməti qalxdı

Gündəm 10:35 11 yan, 2023
Qızılın qiyməti qalxdı

İnvestorlar ABŞ-da inflyasiya ilə bağlı statistik məlumatların аçıqlanmasını gözlədikləri bir zamanda qızılın qiymətində cüzi artım qeydə alınıb.

Qazet.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 4,75 ABŞ dolları və ya 0,25 % bahalaşaraq 1 unsiyası 1 881,25 ABŞ dollara satılıb. Gümüşün mart fyuçersləri isə 0,49 % bahalaşaraq 1 unsiyası 23,782 ABŞ dolları təşkil edib.

ABŞ-da dekabr ayında istehlak qiymətlərinin dinamikası ilə bağlı məlumatlar bu gün dərc olunacaq. Analitiklər illik inflyasiyanın bir ay öncəki 7,1%-dən 6,5%-ə enəcəyini proqnozlaşdırırlar.