Bakı 24˚C Windy

Qızılın qiyməti cüzi artıb

Biznes 12:52 04 fev, 2022

Treyderlərin həmçinin ABŞ-ın makroiqtisadi göstəricilərini diqqətlə izləyirlər

Qızılın qiyməti cüzi artıb

Bir unsiyası 1800 ABŞ dollarından yuxarı səviyyədə möhkəmlənməyə çalışan qızılın qiyməti cüzi artıb.

Qazet.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,2%, yaxud 3,55 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 807,65 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,59% artaraq, 1 unsiyası 22,508 ABŞ dolları təşkil edib.

Son vaxtlarda ABŞ dolları bir sıra valyutalara, o cümlədən avroya və Yaponiya yeninə qarşı ucuzlaşır. Həftənin əvvəlindən indiyədək ABŞ dollarının indeksi 2% aşağı düşüb. ABŞ dollarının zəifləməsi qızılı digər valyuta istifadəçiləri üçün daha əlçatan edir.

Bazarda “etibarlı” investisiyaların alternativi olan ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyinin 1,771%-dən 1,836% səviyyəsinə çatması səbəbindən investorlar qızıl alışında bir o qədər də fəallıq nümayiş etdirmirlər.

Treyderlərin həmçinin ABŞ-ın makroiqtisadi göstəricilərini diqqətlə izləyirlər.