Bakı 1˚C Dreary

Qızılın qiyməti düşdü

Biznes 09:55 12 dek, 2022
Qızılın qiyməti düşdü

Qızılın qiyməti düşüb.

Qazet.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,65 % və ya 11,7 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1799 dollara satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,77 % düşərək 1 unsiyası 23,535 ABŞ dolları təşkil edib.

ABŞ dollarının möhkəmlənməsi qiymətli metalın qiymətinə mənfi təsir göstərir.

Belə ki, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,28 % artaraq 105,11 bənd təşkil edib. ABŞ valyutasının bahalaşması qızılı digər valyutalarda alış üçün əlverişsiz edir.