Bakı 19˚C Partly sunny

Qızılın qiyməti yenidən artmağa başlayıb

Biznes 10:40 27 sen, 2022
Qızılın qiyməti yenidən artmağa başlayıb

Qızılın qiyməti cüzi artsa da bir unsiya üçün 1640 dollardan aşağı qalmaqdadır.

Qazet.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,32 % və ya 5,25 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1638,65 ABŞ dollarına satılıb. Dünən minimum qiymət 1,628,3 dollar olub, bu isə 2020-ci ilin aprel ayından sonra ən aşağı göstəricidir. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,09 % artaraq 1 unsiyası 18,497 ABŞ dolları təşkil edib.