Qobustan Qoruğuna ekskursiya və tarixi sərgi -FOTO REPORTAJ
Bu gün Qobustan Milli Tarix-Bədii Qoruğunda elmi tədqiqat işlərinin yekunu ilə bağlı mətbuat konfransı keçirildi. Bu tədbirdə media nümayəndələri iştirak edirdilər. Konfrans zamanı Bədii Qoruğunun direktoru Vüqar İsayev elmi tədqiqat işlərinin yekunu ilə bağlı ictimaiyyətə məlumat verdi. Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Açıq səma altında yerləşən qoruqda qədim insanların çəkdikləri qayaüstü rəsmlər, onların həyat və məişəti ilə bağlı digər maddi mənbələr qorunur. Tədbirdən sonra media nümayəndələri üçün təşkil olunan ziyafət süfrəsində iştirak etdik. Tədbir daha sonra Qobustan Milli Tarix-Bədii Qoruğunun ekskursiya gəzintisi ilə davam etdi. Ekskursiya zamanı Ana Zağa mağara sərgisində iştirak etdik. Məhz bu yerdə 10-a yaxın mütəxəssis, italyan və ispan arxeoloqları araşdrıma və qazıntı işləri apararaq 4-5 yaşlı uşağın ayaq sümüklərini aşkar etmişlər.Bu mağaraların özləri qaya parçalarının dağdan qopub aşağı düşməsi nəticəsində yaranıb. 20 qeydə alınmış yaşayış düşərgələrindən ən böyüyü Ana Zağa mağarası adlanır. "Zağa" sözü mağara anlamını verir. Arxeoloqlar ilk dəfə bura gəldikdə qayanın üst hissəsində qrup şəklində olan öküz təsvirlərini görüblər.Qaya torpaqla örtülü olduğu üçün qazıntılara başlanılır. 1965-ci ildə qayanın tədqiqat olunur.Arxeoloqlar Cəfərqulu Rüstəmov və Firuzə Muradova buranın tədqiqatı ilə məhz o dövrdən etibarən məşğul olurlar. Hal-hazırda bu mağarada qazıntı işləri davam etdirilir. Qayada əasən ovçu və ovçuluq təsvir edilib. Qobustan qoruğunda mühafizə edilən insan və heyvan təsvirləri ov, döyüş və rəqs səhnələri ən qədim insanların hansı heyvanları necə və hansı üsullarla ovladığını öyrənməyə imkan verir. Yallı səhnələri Qobustan qoruğunun ən maraqlı rəsmlərindəndir. Ox və kaman mezolit dövründə ixtira olunduğuna görə, təsvirlər də əsasən bu dövrə aid edilir. Bundan başqa Ana Zağa sığınacağında yerləşən ocaq yerindən analiz üçün kömür nümunələri də toplanıb. Nümunələrin analizindən alınan nəticələrə əsasən palıd və şam ağaclarının kömürləri aşkar edilib. Bu da onu sübut edir ki, ərazidə fərqli ağac növləri bitib. Sonralar torpaqda yaranan şoranlaşmalar nəticəsində ağacların kökləri quruyaraq, inkişafdan qalmasına səbəb olub. Onu da qeyd edim ki, bu mağarada 30 minə yaxın maddi mədəniyyət nümunələri qazıntılar zamanı tapılıb, araşdırılıb və öyrənilib.Qobustanda tapılan maddi mədəniyyət qalıqları kompleksinin tarix və mədəniyyət üçün müstəsna əhəmiyyətini nəzərə alan Azərbaycan SSR-in Nazrilər Soveti 1966-cı il 9 sentyabr tarixli qərarı ilə Qobustan dövlət tarixi-bədii qoruğu elan edilib. Qoruq əsasən üç dağın (Böyükdaş, Kiçikdaş və Cingirdağ) yerləşdiyi böyük bir ərazini əhatə edir. Bir sözlə, açıq səma altında yerləşən bu qoruq Milli Tarixi mədəniyyətimizin göstəricisidir. Hər kəs buranı ziyarət etməli və tariximiz haqqında məlumatlı olmalıdır. Konfrans xatirə fotosu ilə yekunlaşdı. Qazet.az sərgidən olan görüntüləri sizlərə təqdim edir: