Qobustan rayonunda növbəti zəlzələ qeydə alınıb
Cəmiyyət
10:21 30 okt, 2022
![Qobustan rayonunda növbəti zəlzələ qeydə alınıb](https://qazet.az/resized/fit900x500/center/pages/117569/16507072376312547211-1000x669.jpg)
Oktyabrın 30-da Pirqulu stansiyasından 47 km cənubda, Qobustan rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Qazet.az-a bildirilib ki, yerli vaxtla saat 08:08-də qeydə alınmış zəlzələnin ocağı 4 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb. Zəlzələnin maqnitudası 3,1-ə bərabər olub.
Qeyd edək ki, ötən gün də yerli vaxtla saat 17:50-də Pirqulu stansiyasından 44 km cənubda Qobustan rayonu ərazisində zəlzələ qeydə alınıb.