Bakı 26˚C Intermittent clouds

Qobustanda insan skeleti tapıldı

Cəmiyyət 18:47 19 noy, 2021

Meyitin müəyyən edilməsi bağlı rayon prokurorluğunda araşdırma aparılır

Qobustanda insan skeleti tapıldı

Noyabrın 19-u saat 10 radələrində Qobustan rayonu Dərəkənd kəndi ərazisində insan skeleti sümüklərinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Qobustan Rayon Prokurorluğundan Qazet.az-a verilən məlumata görə, Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və insan skeleti sümüklərinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda meyitin şəxsiyyətinin və ölüm səbəbinin müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.