Qondarma qurumun lideri Rusiyadakı seçkidə səs verdi
Siyasət
20:03 18 sen, 2021
Vadim Krasnoselski Rusiya Dumasına keçirilən seçkidə iştirak edib
Moldova ərazisində yaradılan qondarma Dnestryanı Respublikasının rəhbəri Vadim Krasnoselski Rusiya Dumasına keçirilən seçkidə səs verib.
Qazet.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” agentliyi yayıb. Məlumata görə, Krasnoselski və həyat yoldaşı Rusiya vətəndaşlığına sahibdirlər.
Qeyd edək ki, qondarma Dnestryanı 1991-ci ildən mövcuddur. Qondarma respublikanın əsas hamisi Rusiya Federasiyası sayılır.