Qondarma referendumun ilk "nəticələri" açıqlandı
Donetsk və Luqansk xalq respublikaları”nda, həmçinin Ukraynanın Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşməklə bağlı “referendum”un ilk nəticələri açıqlanıb.
Qazet.az xəbər verir ki, seçicilərin əksəriyyəti Rusiya Federasiyasına qoşulmağa səs verib.
Zaporojye vilayətində – 98,19% (səslərin 18%-i üzrə məlumat)
“DXR”də – 98% (səslərin 16%-i üzrə məlumat)
“LXR”də – 97,82% (səsələrin 13%-i üzrə məlumat, ümumi fəallıq – 92%)
Xerson vilayətində – 96,97% (səslərin 14%-i üzrə məlumat)
Referendum sentyabrın 23-dən bu günə, yəni sentyabrın 27-dək keçirilib.
Sentyabrın 26-da Dövlət Dumasının təhlükəsizlik komitəsinin rəhbəri Anatoli Vıbornı etiraf edib ki, bu ərazilərin Rusiyaya birləşdirilməsi ilə bağlı referendumlardan sonra “yeni subyektlərdə” antiterror əməliyyatı rejimi tətbiq oluna bilər. Bu fikri Krımın rəhbəri Sergey Aksyonov da deyib.
Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna ərazilərində keçirilən referendumlardan sonra Rusiya ilə danışıqların mümkünsüz olacağını bildirib.