Bakı 10˚C Intermittent clouds

“Qonşu ölkələrdən yayımlarımıza müdaxilə edilir”

Multimedia 13:16 10 noy, 2022
“Qonşu ölkələrdən yayımlarımıza müdaxilə edilir”

“Azərbaycanın regionlarında radio yayımlarına qonşu ölkələrdən müdaxiə halları yaşanır. Bu, xüsusilə cənub bölgəsinə aiddir”.

Qazet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

“Bu problemin texniki baxımdan həll yolu bizim radio proqramlarımızın sayını artırmaqdır. Azərbaycanda radio proqramlar nə qədər çox olsa, müdaxilələr də bir o qədər az olar”, - deyə o, qeyd edib.