Qorbaçov BU TARİXDƏ dəfn olunacaq
Xəbərlər
20:40 31 avq, 2022
SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçov sentyabrın 3-də dəfn olunacaq.
Qazet.az xəbər verir ki, bu barədə Qorbaçovun qızı məlumat verib.
Onunla vida mərasimi Moskvada İttifaqlar Evinin Sütunlu salonunda keçiriləcək və daha sonra Novodeviçye qəbiristanlığında torpağa tapşırılacaq.
Qorbaçov uzun sürən xəstəlikdən sonra avqustun 30-da vəfat edib.