Bakı 1˚C Cloudy

Qorbaçovdan dünyaya çağırış: "Nüvə silahı sülhə zəmanət vermir"

Siyasət 12:25 16 noy, 2021

Qlobal Alyansın konfransı bazar ertəsi Qazaxıstanın paytaxtında işə başlayıb

Qorbaçovdan dünyaya çağırış: "Nüvə silahı sülhə zəmanət vermir"

Sovet İttifaqının ilk prezidenti Mixail Qorbaçov dünya siyasətinin demilitarizasiyasına çağırıb. O, nüvə silahlarının sülh və təhlükəsizliyin təminatçısı olduğuna dair bütün fərziyyələri mif kimi qəbul edib.

Qazet.az xəbər verir ki, o bu fikirləri bazar ertəsi Qorbaçov Fondunun saytına yüklənmiş Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevə həmçinin, Nüvə Təhlükəsizliyi və Nüvə Silahından Azad Dünya Uğrunda Liderlər Qlobal Alyansının konfransının iştirakçılarına təbrik məktubunda qeyd edib.

Qlobal Alyansın konfransı bazar ertəsi Qazaxıstanın paytaxtında işə başlayıb. Nazarbayevin təşəbbüsü bir çox ölkədə siyasi liderlər tərəfindən geniş dəstək alıb.

“Dünya siyasətini, beynəlxalq münasibətləri və siyasi düşüncəni silahsızlaşdırmaq lazımdır ki, onları Demoklun nüvə qılıncından qoruya bilək”, deyə Qorbaçov öz mesajında bildirib. 

Həmçinin, Qorbaçov Rusiya və ABŞ prezidentlərinin nüvə məsələlərini müzakirə etdikləri Cenevrə danışıqlarının “real nəticələr” doğuracağına ümid etdiyini bildirib.


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.