Bakı 6˚C Intermittent clouds

Qordonun Saakaşvilidən müsahibə arzusu - Tiflisə gəldi, amma deportasiya edildi

Gündəm 14:41 28 okt, 2021

Bu barədə Qordonun özü “Ukrayna-24” telekanalına müsahibəsində bildirib

Qordonun Saakaşvilidən müsahibə arzusu - <span style="color:red">Tiflisə gəldi, amma deportasiya edildi</span>

Gürcüstan hakimiyyəti ölkəyə gələn ukraynalı jurnalist Dmitri Qordonu deportasiya etmək qərarına gəlib.

Qazet.az xəbər verir ki, bu barədə Qordonun özü “Ukrayna-24” telekanalına müsahibəsində bildirib.

O deyib ki, Tiflis hava limanında ona girişin qadağan edilməsinin səbəblərini deməyiblər, sadəcə qərarı bildiriblər: “Gürcüstan tərəfi 10 gün ərzində girişə qadağanın səbəbi barədə Ukrayna səfirliyinə yazılı məlumat verəcəyini vəd edib”.

Dmitri Qordon bildirib ki, Gürcüstana eks-prezidenti Mixail Saakaşvili ilə müsahibə üçün gedib.

Qeyd edək ki, ondan əvvəl Saakaşvilinin ukraynalı vəkili Yevgeni Hruşovets də Tiflis aeroportuna düşüb, amma heç bir izahat verilmədən onu Gürcüstana buraxmayblar.