Bakı 3˚C Intermittent clouds

Qrantlarla bağlı vahid informasiya sistemi yaradılacaq

Multimedia 11:55 23 sen, 2022
Qrantlarla bağlı vahid informasiya sistemi yaradılacaq

Azərbaycanda qrantlarla bağlı vahid informasiya sistemi yaradılacaq.

Qazet.az-ın xəbərinə görə, bununla bağlı “Qrant haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsində təklif edilən dəyişikliklərin əsas məqsədinin qrantların alınmasında şəffaflığı təmin etmək, bu sahədə müasir tələblərə cavab verən sistem formalaşdırmaq, qrantlar haqqında zəruri məlumatları əhatə edən vahid informasiya sistemi yaratmaq, nəzərdə tutulan reyestrin eyni forma, metod və prinsiplər əsasında aparılmasını təmin etmək olduğu qeyd olunub.