Bakı 20˚C Intermittent clouds

Qreypfrut arıqlamağa kömək edir

Maraqlı 03:12 08 yan, 2023
Qreypfrut arıqlamağa kömək edir

Vanderbilt Universitetinin (Nyu-York, ABŞ) tədqiqatçıları belə hesab edirlər ki, qreypfrut və ya təzəçəkilmiş qreypfrutun şirəsi artıq çəkini yığmağa mane olur və hətta arıqlamağa kömək edir.

Alimlər çəkisi artıq olan insanların iştiraki ilə tədqiqatlar apardılar. Nahardan əvvəl qreypfrutun yarısını yeyən və ya onun şirəsinin ½ stəkan içən insanlar çəkisini azalda bildilər. Tədqiqatın 14 həftəsindən sonra iştirakçılar təxminən 7 kq çəki azaltdılar.