Bakı 16˚C Partly sunny

Qrossi Rusiyaya gedir, Putin görüşmək istəmir

Gündəm 22:24 11 yan, 2023
Qrossi Rusiyaya gedir, Putin görüşmək istəmir

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi növbəti həftə Ukraynaya səfər edəcək.

Qazet.az xəbər verir ki, bu barədə İtaliyanın “Rai Nyus 24” telekanalı məlumat yayıb.

Məlumata görə, Qrossi daha sonra Rusiyaya səfər etməyi planlaşdırır.

Qrossinin səfəri ilə bağlı danışan Kreml sözçüsü Dmitri Peskov Prezident Vladimir Putinin MAQATE rəhbəri ilə görüş planlaşdırmadığını bildirib.