Bakı -2˚C Windy

Qubada iki nəfər yol-nəqliyyat hadisəsində xəsarət alıb

Hadisə 20:43 24 sen, 2022
Qubada iki nəfər yol-nəqliyyat hadisəsində xəsarət alıb

Qubanın Qam-Qam kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər xəsarət alıb.

Qazet.az-ın məlumatına görə, hadisə “Opel” markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çarpılması nəticəsində qeydə alınıb.

Xəsarət alanlar - Sumqayıt şəhər sakinləri, sürücü 1980-cı il təvəllüdlü Elşən Məcid oğlu Ramazanov və onun sərnişini 1994-cü il təvəlludlü Lütfiyyə Məmməd qızı Ramazanova Quba Rayon Diaqnostika mərkəzinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

report.az